Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Lənkərana gələn sel ciddi fəsad yaradıb

Oktyabr 17
16:25 2015

Oktyabrın 16-da səhər saatlarından başlayan şiddətli yağışlar nəticəsində Lənkəranın bir neçə yaşayış məntəqəsini su basıb.

“Sələf Xəbər” Femida.az-a istinadən xəbər verir ki, ən kritik vəziyyət rayonun Bürcəli, Türkəkəran və Yuxarı Nüvədi kəndlərində yaşanıb. Belə ki, həmin ərazilərdə onlarla fərdi yaşayış evinin həyətyanı sahələri sel sularına qərq olunub, nəticədə yerli sakinlərə xeyli maddi ziyan dəyib.

Qeyd edək ki, dağdan gələn güclü sel suları, həmçinin Ələt-Astara magistralının Bürcəli kəndindən keçən hissəsində yola axdığından nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasedicilərinin və texnikasının səyləri ilə 10-a yaxın evdən köməksiz vəziyyətdə qalmış 20-dən çox sakin evakuasiya olunaraq qohumlarının yanına köçürülüb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr).
“Uca Allah bildirir ki, Onun qulları mütləq sınaqlara məruz qalacaqlar və bunun sayəsində doğruçu insanlar yalançılardan, səbirsizlər isə səbirlilərdən fərqlənəcəklər. Uca Allah qulları ilə həmişə belə davranır, çünki möminlər uzun müddət imtahana çəkilmədikdə, onlara yalançılar qoşulmağa başlayır ki, bu da xoşagəlməz nəticələrə aparır. Bax buna görə Allahın müdrikliyi tələb edir ki, iman sahibləri yaramazlardan ayrılsınlar və sınaqların böyük faydası da elə bundadır. Sınaqlar möminlərin imanına xələl gətirmir və əsil müsəlmanları onların dinindən döndərmir və bununla Allah möminlərin imanının yox olmasına heç vaxt imkan vermir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər