Lvovda ermənilər azərbaycanlılara hücum edib – 6 həmyerlimiz ağır yaralanıb
710 dəfə baxılıb
Ukraynanın Lvov şəhərində bir qrup erməni azərbaycanlılara silahlı hücum edib, 6 azərbaycanlı gənc ağır yaralanıb.
Ağır yaralanan azərbaycanlı gənclərin kimliyi məlum olub.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, hadisə ötən gün yerli vaxtla saat 16:00-da baş verib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, konqresin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Rəcəbov və qardaşı Məhərrəm Rəcəbova məxsus dükana hücum edən ermənilər azərbaycanlıları təhqir ediblər.
Onlar 3 gün əvvəl Lvovda keçirilən uşu-sando üzrə yarışda separatçı “Dağlıq Qarabağ”ın bayrağının qaldırılması üstündə ermənilərlə azərbaycanlı azarkeşlər arasında ermənilərin döyülməsi ilə nəticələnin kütləvi davanın qisasını almaq istədiklərini bildiriblər. Hadisə zamanı M. Rəcəbov onların əlindən xilas olaraq azərbaycanlı həmyaşıdlarının olduğu digər dükana keçib və bu zaman yenidən kütləvi dava düşüb. Əlbəyaxa davada döyüləcəklərini görən ermənilər silaha əl atıblar və 6 azərbaycanlı gəncə xəsarət yetirərək qaçıblar. Hazırda Lvov hüquq-mühafizə orqanları, o cümlədən təhlükəsizlik xidməti hadisəni araşdırır.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, ermənilərin hücumu nəticəsində konqresin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmov, onun qardaşı Rəcəb Məhərrəmov, Ruslan Məmmədov, İlqar Məhərrəmov, Rəşad Məmmədov və Vüsal Cəlalov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Onlar hazırda Lvovdakı xəstəxanalardan birində müalicə olunurlar. Yaralılardan 4-ü baş nahiyəsindən xəsarət alıb, vəziyyətləri ağır olaraq qalır.
Hazırda Lvov hüquq-mühafizə orqanları, o cümlədən təhlükəsizlik xidməti hadisəni araşdırır. Davada iştirak edən ermənilərin axtarışı elan edilib.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)