Maaşlar artacaq – NAZİRDƏN AÇIQLAMA
1. 318 dəfə baxılıb
Milli Məclisin Əmək və sosial siyasət komitəsində Azərbaycanda sosial təminatı, müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın və İşsizlikdən Sığorta fondunun 2018-ci il üzrə büdcələri müzakirə olunur.
Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən məlumatına görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, 2018-ci ildə ölkədə doğulanların sayının 156 min nəfər olacağı proqnozlaşdırılır.
“Ömür uzunluğu təqribən 75,9 yaş, qadınlar üzrə 78,3 yaş, kişilər üzrə 73,5 yaş olacağı proqnozlaşdırılır. 15-64 yaş arasında əmək qabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 70,5 faizini, 65 yaşdan olanlar isə bütün əhalinin 6,8 faizini təşkil edəcəyi göslənilir.
İqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 839 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1 milyon 555 min nəfər olacağı proqnozlaşdırılır.
Nəzərdə tutulur ki, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı ilin əvvəlinə nisbətən 3,5 faiz artaraq, təqribən 550 manata yaxınlaşacaq.
2018-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar, əmək pensiyaçılarının orta illik sayının 2018-ci ildə təqribən 1 milyon 315 min nəfər təşkil edəcəyini göstərir”-deyə S. Müslümov qeyd edib.