Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Marşrutlarda karta keçidin vaxtı açıqlandı

Fevral 03
14:03 2015

Namiq Həsənov: “Kartla ödəniş sisteminin tətbiqinə konkret olaraq mart ayından başlanacaq”.

Uzun zamandır ki, cəmiyyətdə müzakirə mövzusu olmasına baxmayaraq, ictimai nəqliyyatda gediş haqlarının kartla ödəniş sisteminin tətbiqinə hələ də başlanılmayıb. Əvvəlcə Nəqliyyat Nazirliyinin rəsmiləri bildirirdi ki, sərnişin avtobuslarında gediş haqlarının kartla ödənilməsi sisteminə keçid 2013-cü ildən başlayacaq. Heç şübhəsiz, ictimai nəqliyyatda gediş haqlarının kartla ödəniş sisteminin tətbiqinə başlanılacağı barədə ilk açıqlamalar cəmiyyətdə müsbət qarşılandı.

Düşünüldü ki, yeni sistemə keçid bu sahədəki problemləri aradan qaldıracaq. Məsələn, cəmiyyətdə hesab edirdilər ki, yeni sitemin tətbiqindən sonra sərnişin avtobuslarının sürücüləri istədikləri yerdə, yəni dayanacaqlardan kənarda saxlamayacaq, vaxtlı-vaxtında işləyəcəklər və s. Amma cəmiyyətin gözləntiləri və ümidləri hələlik reallaşmayıb. Yəni üzərindən xeyli müddət keçməsinə rəğmən yeniliyin tətbiqinə start verilməyib.

Bəs, prosesə nə vaxtdan başlanılacaq? Sərnişin avtobuslarından istifadə edən insanlar nə vaxtdan gediş haqlarını kartla ödəyə biləcəklər?

“Sələf Xəbər” “A24.az”-a istinadən bildirir ki, Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödəniş sisteminin tətbiqinə nə vaxtdan başlanılacağı dəqiqləşdirilib.

Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov açıqlamasında bildirib ki, Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödəniş sisteminin tətbiqinə konkret olaraq mart ayından başlanacaq: “Bu il mart ayının əvəllərindən etibarən sərnişinlər avtobuslarda gediş haqlarını kartla ödəyə biləcəklər. Bu yenilik paytaxtda sərnişindaşıma ilə məşğul olan avtobusların hamısında tətbiq ediləcək”.

Hazırda Bakıda sərnişindaşıma ilə məşğul olan 2300-ə yaxın avtobusun olduğunu xatırladan N.Həsənov bildirib ki, bu vaxtadək 1000-dən çox sərnişin avtobusunda validatorlar quraşdırılıb. Onun sözlərinə görə, hazırda digər avtobuslarda da validatorların quraşdırılması prosesi gedir və validatorların quraşdırılması ilə paralel gediş haqlarının ödənilməsində istifadə ediləcək plastik kartlar da istehsal edilir.

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib.
Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Digər xəbərlər