Masallıda torpaq uçqunu: 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb
871 dəfə baxılıb
Səhiyyə Nazirliyinin Masallı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Firudun Qəmbərovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, avqustun 20-də Masallıda axşam saatlarında şəhərin Olimpiya İdman Kompleksinin yaxınlığındakı ərazidə torpaq uçqunu qeydə alınıb.
Kanalizasiya xətti çəkilən zaman torpaq sürüşməsi baş verib, nəticədə orada işləyən fəhlələrdən Masallı rayon sakini Müsəddiq İsmət oğlu Novruzov torpaq uçqunu altında qalaraq hadisə yerindəcə dünyasını dəyişib.
Uçqun altında qalan daha bir fəhlə – Göyçay rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Vəkil oğlu Seyidov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırmalara başlanıb.