Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Məhkəmə sədri: “Boşananlara vaxt verilsə, barışarlar”

İyul 24
14:52 2014

Bakupost Yasamal rayon məhkəməsinin sədri Ələddin Cəfərovla son illərdə sayı artan boşanmaların səbəblərini müzakirə edib.

Qeyd etmək lazımdır ki, Sovet hakimiyyəti illərində boşanmaq istəyənlərə 3 aya qədər vaxt verilirdi. Rəsmən ayrılmaq üçün məhkəməyə müraciət edən ailə üzvlərini dərhal boşamır, onlara düşünmək üçün imkan yaradırdılar.

Ələddin Cəfərovun fikrincə, həmin qaydaları yenidən tətbiq etməyin vaxtı çatıb. O, bildirib ki, son vaxtlar boşanma haqqında müraciətlərin sayında artım müşahidə olunur: “Düzdür, elə də böyük artım yoxdur. Amma hər halda, ayrılmaq istəyənlərin sayı ötən illərə nisbətən çoxalıb”.

Boşanma səbəblərinə gəlincə, məhkəmə sədrinin sözlərinə görə, bununla bağlı xüsusi statistika yoxdur: “Əvvəllər boşanmaq üçün məhkəməyə gələnlərə hakim 3 ay vaxt verirdi. Əksər hallarda da bu müddət ərzində ər-arvad barışırdı, gəlib ərizəni geri götürürdülər. İndi isə cəmi 1 ay ərzində məhkəmə qərar çıxarıb boşamalıdır. Ona görə də, ailələrin dağılmasını istəmiriksə, onlara mümkün qədər çox vaxt vermək lazımdır”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.” (Müqəddəs Quran, “Nisa” surəsi, 19-cu ayə).

“Allah ərlərə öz arvadları ilə ləyaqətlə dolanmağı əmr edir və bu hökm bütün yaxşı sözlərə və ləyaqətli əməllərə aid edilir. Buna görə ərlər öz arvadları ilə yaxşı davranmalı, onlara əziyyət verməməli, onlara yaxşılıq etməli, onlarla özünü xoşrəftar aparmalıdır. Bura həm də onlar üçün geyim almaq və digər ehtiyacları üçün maddi vəsait sərf etmək daxildir, özü də hər bir kişi arvadlarını öz vəziyyətinə və arvadlarının vəziyyətinə uyğun, yaşadıqları dövrün və ölkənin adət-ənənələrinə müvafiq olan tərzdə təmin etməlidir. Şübhəsiz ki, bu vəzifələr çoxsaylı şərtlərdən asılıdır.

Daha sonra Allah ərlərə müraciət edərək bildirir ki, ərlər arvadlarını, hətta onlardan xoşları gəlməsə belə, öz yanlarında saxlamalıdırlar, çünki bunda onlar üçün böyük xeyir vardır. Bu xeyir insanın Allaha itaət etməsi və Onun nəsihətlərini qəbul etməsi ilə bağlıdır ki, bu da öz növbəsində, həm bu dünya və həm də ölümdən sonrakı Axirət həyatında xoşbəxtliyin rəhnidir. Bu xeyir həm də onunla bağlıdır ki, insan, arvadını sevməməsinə baxmayaraq, ailəsini saxlamağa çalışdıqda, öz hisslərini cilovladıqda, gözəl əxlaqi keyfiyyətlərə nail olur. Zaman ötüşdükcə onun arvadına qarşı sevgisiz münasibəti aradan qalxa bilər və yerini mehribanlıq və qarşılıqlı anlaşma tuta bilər. Belə hallar nadir deyil. Elə də ola bilər ki, arvad onun üçün mömin bir övlad dünyaya gətirər və o da öz valideynlərinə həm bu dünyada və həm də Axirət həyatında xeyir verər.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər