Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Mehriban Əliyeva kimsəsiz uşaqları sevindirdi

Oktyabr 01
17:58 2014

“Sələf Xəbər” APA-ya istinadla xəbər verir ki, dünən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın İslamabad şəhərində yerləşən “Beyt-ul-Mal” – kimsəsiz uşaqlar evində Qurban bayramı ilə əlaqədar tədbir keçirilib.

Tədbir İslamabad və Ravalpindi şəhərlərinin 6 kimsəsiz uşaq evinin 800 nəfərdən çox sakini üçün təşkil olunub.

Təntənəli mərasimdə “Beyt-ul-Mal”ın icraçı direktoru Abid Vahid Şeyx, Pakistan Milli Assambleyasında Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri, Azərbaycan səfliyinin əməkdaşları, aparıcı elektron və çap media mənsubları iştirak ediblər.

“Beyt-ul-Mal” Pakistan hökuməti nəzdində fəaliyyət göstərir və təşkilatın 33 internat tipli kimsəsiz uşaqlar evində 3500 nəfər uşaq məskunlaşıb. Qurumun icraçı direktoru Abid Vahid Şeyx Mehriban Əliyevaya pakistanlı kimsəsiz uşaqlara Qurban bayramı ərəfəsində göstərdiyi diqqətə görə minnətdarlığını bildirib, bu təşəbbüsün humanistliyin, islam dəyərlərinə sadiqliyin və iki xalq arasında məhəbbətin göstəricisi olduğunu qeyd edib.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə məlumat verib. Sonra hər bir uşağa qiymətli hədiyyələr təqdim edilib, nahar yeməyi təşkil olunub.

“Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

Müqəddəs Quran, “Bəqərə” surəsi, 215-ci ayə

Digər xəbərlər