Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Məktəblilərin dini bilikləri artırılacaq

Sentyabr 17
14:47 2014

“Sələf Xəbər” APA-nın şimal bürosuna istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycanda orta məktəblərdə dini dərslərin tədris oluna biləcəyinin dilə gətirib.

Komitə sədrinin sözlərinə görə, hazırda məktəblərdə müxtəlif dərsliklərin içərisində tarix və ədəbiyyat dərsliklərində şagirdlərin dini biliklərinin artırılması üçün materiallar var: “Amma gələcəkdə bu sahəyə cavabdeh mütəxəssislərin, təhsil işçilərinin və din xadimlərinin iştirakı ilə müzakirələr aparılaraq, orta məktəblərdə dini dərslər kurs formasında tədris oluna bilər. Hələlik belə bir ideya var. Amma mənim təşəbbüsüm deyil”.

M. Qurbanlı əlavə edib ki, tarix dərsliklərində dini biliklərin artırılması istiqamətində də təkliflər var: “Dini maarifləndirməyə ehtiyac var ki, kimlərsə bu sahədə bilgilərin zəif olmasından sui-istifadə etməsin”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini (dərindən) öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar (pis işlərdən) çəkinələr.” (Müqəddəs Quran, “Tövbə” surəsi, 122-ci ayə).

“Bu ayə biliklərin üstünlüyünü və dini məsələlərdən baş çıxarmaq bacarığını xüsusilə qeyd edir. Dini öyrənmək ən vacib hökmlərdən biridir və əgər insan müvafiq biliklərə yiyələnirsə, onda o, onları yaymalı, onları Allahın qulları ilə bölüşdürməli və insanlara faydalı məsləhətlər verməlidir. Doğrudan da, alim insan bilikləri yayırsa, onda onun elmi bərəkətli olur və ona savab gətirir və onlar daima artıb-çoxalır. Əgər alim qınına çəkilirsə, insanları hikmətli nəsihətlər və xeyirli möizələr vasitəsilə Allahın yoluna dəvət etmirsə, nadan insanlara onların bilmədiklərini öyrətmirsə, onda belə alim müsəlmanlara hansı faydanı verə bilər? O ölər və bütün bilikləri də onunla birgə ölər, lakin bu sonuc Allahın elm və müdriklik verdiyi insan üçün ən böyük zərərdir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər