Meriya mitinqə qadağa qoydu
966 dəfə baxılıb
Azərbaycan İslam partiyasının dekabrın 21-də mitinq keçirmək müraciətinə cavab verilib.
“Sələf Xəbər”-in “Qafqazinfo”-ya istinadən məlumatına görə, partiya sədrinin müavini Akif Heydərli açıqlamasında bildirib ki, Bakı Şəhər İcra hakimiyyəti mitinqin keçirilməsinə razılıq verməyib:
“Biz mitinq üçün Təşkilat Komitəsinin adından müraciət etmişdik. Amma imza yerində ad, soyadımızın önündə partiyada tutduğumuz vəzifəni qeyd etmişdik. Buna görə də Azərbaycanda İslam partiyası adlı qurumun qeydiyyatdan keçmədiyini əsas gətirib mitinqə icazə verməyiblər. Hətta, məktubun sonunda “mitinq keçirmək qadağan olunur” yazılıb. Bakı Şəhər İcra hakimiyyəti mitinq keçirilməsini necə qadağan edə bilər, axı?!”
A.Heydərli qeyd edib ki, partiyanın İdarə Heyətində bu məsələni müzakirə edib, növbəti atılacaq addımları müəyyənləşdirəcəklər.
Sələf Xəbər: Mərhum şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir: “Şübhə yoxdur ki, mitinqlər və nümayişlər – şərdir! Axı, bu kimi hərəkətlər nümayişçilərin başqalarına qarşı özbaşınalıq və anarxiyaya səbəb olur. Bu zaman insanlar, nə dediyini və nə etdiyini anlamayan sərxoşlara bənzədiyinə görə insanların namusuna, mallarına və həyatlarına qəsd edir. Mitinq və tətillər – bunların hamısı şərdir.” (“Likaat Bab əl-məftur” 189)