Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Məscidlərdə mikrofondan istifadə etmək müzakirə olunur

Sentyabr 14
18:03 2017

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə səsgücləndiricilərin həddindən artıq yüksək səslə istifadə olunmasına irad bildirib.

Selefxeber.azAPA”ya istinadən xəbər verir ki, M. Qurbanlı Məhərrəm ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda bildirib ki, məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil.

O qeyd edib ki, buna nəzarət eləmək lazımdır: “Bəzən səs o qədər güclü olur ki, yaxın iki məscidin səsi bir-birinə qarışır, insanlar deyilənləri ayırd edə bilmirlər. Güclü səs ətrafa da narahatlıq verir. Bizə rayonlardan müraciətlər daxil olur ki, bəzən gecə saat 12-də mikrofonla yüksək səslə mərsiyələr deyilir, bu isə həmin vaxt yatmış insanlara mane olur”.

M. Qurbanlı əzadarlıqla bağlı isə bildirib ki, hansı bölgədə hər hansı problem varsa, vaxtında müraciət edilsin, əzadarlıq tədbirlərinin keçirilməsi ilə bağlı yaranan narahatlıq aradan qaldırılsın.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə isə dövlətin qanuni səbəb olmadan məscid ərazisinə müdaxilə etməsinin düzgün olmadığını bildirib.

Sələf Xəbər: Allah Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) 3 gündən artıq yas saxlamağı və yüksək səslə ağlamağı qadağan etmişdir. Abdullah ibn Cəfər (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəfərin (Allah ondan razı olsun) ailəsinə üç gün yas saxlamağa icazə verdi. Sonra onların yanına gəlib dedi: “Bu gündən sonra qardaşımın arxasınca ağlamayın…”. (Əbu Dəvud, 4174). Digər hədislərdə isə belə buyurur:
“Ölünü tərifləyərək ağlamaq cahiliyyət adətidir”. (Buxari).
“Üz-gözünə döyən, pal­ta­rı­nın yaxasını cıran və cahiliyyət dövründə deyilən sözləri deyən kimsə biz­dən deyildir”. (Buxari, 1294).
“Kimin üçün vay-şivən salıb ağlasalar, buna görə ona əzab verilər”. (Bu­xari, 1291).
“Həqiqətən, ölən adama ailəsinin onun üçün (fəryad edib) ağlamasından dolayı əzab verilir”. (Buxari, 1304).
Həmçinin ölmüş şəxsin ailəsinin başsağlığı verməyə gələnlərə yemək verməsi dində yoxdur. Əksinə, başqalarının ölmüş şəxsin ailəsinə yemək verməsi barədə hədis var. Abdullah ibn Cəfər (radıyəllahu anhu) deyir ki, Cəfər ölən zaman bəd xəbər gəldikdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Cəfərin ailəsi üçün yemək hazırlayın. Onları məşğul edən hadisə baş vermişdir”. (Əbu Dəvud, 3116; Tirmizi, 1003).
Yas məclisi özü-özlüyündə heç bir dini əsası olmayan və dində yenilik hesab edilən bidət sayılır.

Dinimiz üç gündən çox yas saxlamağa icazə vermirsə, üzərindən 1400 ildən çox vaxt keçmiş hadisəyə görə yas saxlamaq icazəli ola bilərmi?! Əlbəttə xeyr.

Digər xəbərlər