Metroda baş verən qəzaların statistikası
760 dəfə baxılıb
2014-cü ilin 11 ayı ərzində “Bakı Metropoliteni” QSC-nin stansiyalarında vətəndaşların xəsarət alması ilə nəticələnən 63 hadisə baş verib.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, bunu QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəisi Nəsimi Paşayev bildirib.
N.Paşayev deyib ki, bu hadisələrdən 16-sı yolda, 6-sı vestibüldə, 33-ü eskalatorda, 7-si platformada baş verib. Hadisələr zamanı 38 nəfər xəsarət alıb.
N.Paşayev bildirib ki, bu il ərzində sərnişinlər tərəfindən metro stansiyalarında quraşdırılan “SOS” aparatları vasitəsilə heç bir çağırış olmayıb: “Həmin aparatlar fövqəladə hadisələr zamanı istifadə olunur. Bu il ərzində Metropolitendə hər hansı fövqəladə hadisə baş verməyib”.
Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (Qurani Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)
“Uca Allah bildirir ki, Onun qulları mütləq sınaqlara məruz qalacaqlar və bunun sayəsində doğruçu insanlar yalançılardan, səbirsizlər isə səbirlilərdən fərqlənəcəklər. Uca Allah qulları ilə həmişə belə davranır, çünki möminlər uzun müddət imtahana çəkilmədikdə, onlara yalançılar qoşulmağa başlayır ki, bu da xoşagəlməz nəticələrə aparır. Bax, buna görə Allahın müdrikliyi tələb edir ki, iman sahibləri yaramazlardan ayrılsınlar və sınaqların böyük faydası da elə bundadır. Sınaqlar möminlərin imanına xələl gətirmir və əsil müsəlmanları onların dinindən döndərmir və bununla Allah möminlərin imanının yox olmasına heç vaxt imkan vermir.” (Bax: “Təfsir Əs-Saadi”)