Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Metroda təhlükəsizlik tədbirləri gücləndirilib

Aprel 05
17:43 2016

Bakının metro stansiyalarında sərnişinlərin hərəkətinə polis nəzarəti gücləndirilib. Bu gün səhər saatlarından etibarən metronun bütün stansiyalarında polis ciddi yoxlamalara başlayıb.

“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, bu barədə məlumatı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də təsdiq edib.

“Stansiyalara daxil olan hər bir sərnişin xüsusi qurğularla ciddi yoxlanılır. Cəbhədəki vəziyyətlə bağlı metro stansiyalarında baş verə biləcək hər hansı təxribatın qarşısını almaq məqsədilə ilə polis metro stansiyalarında təhlükəsizlik tədbirlərini gücləndirib. Bundan başqa, metronun stansiyalarında giriş-çıxışlarla bərabər, stansiyaların hər yerində, platformalarına əlavə qüvvələr cəlb edilib”.

Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)

Digər xəbərlər