Metropolitendən xoş xəbər: yeni metro stansiyası tikilir – FOTO
1. 284 dəfə baxılıb
Prezident İlham Əliyev (Allah onu xeyirə müvəffəq etsin) tərəfindən 2011-ci ildə təsdiqlənən Bakı Metropoliteninin Perspektiv İnkişaf Planına əsasən Metropolitenin mövcud Yaşıl xəttinin (“Şah İsmayıl Xətai” – “Dərnəgül” stansiyalarını birləşdirən) genişlənməsi gözlənilir.
Selefxeber.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə AZƏRTAC məlumat verir.
Məlumatda bildirilir ki, “Şah İsmayıl Xətai” stansiyasından tikilməkdə olan “Həzi Aslanov 2” stansiyasına qədər Nobel prospekti boyunca 3 yeni stansiya tikiləcək. Stansiyaların şərti adları Y-14, Y-15, Y-16-dır.
Hazırda Neft Emalı Zavodunun qarşısında Y-15 stansiyasında tunel qazma maşınları üçün start kamerası hazırlanır.
Yaşıl xəttə əlavə olunan stansiyalar bu xətti dairəvi edəcək.