Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Millət vəkili: “Kişinin kişi, qadının da qadın adı var”

Noyabr 19
18:39 2015

“Qıza Həsənağa adı qoymaq cinayətdir”.

Ədliyyə Nazirliyi son 5 ildə uşaqlara qoyulan adlarla bağlı maraqlı siyahı yayıb. Siyahıda diqqət çəkən məqam qızlara oğlan, oğlanlara isə qız adının qoyulmasıydı. Belə ki, məlumata görə, 5 il ərzində 8 qıza Həsən, 2 qıza Həsənağa, 4 qıza Səxavət, 23 qıza Məhəmməd, həmçinin 86 nəfər oğlana Zəhra adı verilib.

“Sələf Xəbər” AzNews.az-a istinadən bildirir ki, Millət vəkili Nizami Cəfərov bu məsələni şərh edib. O, qıza oğlan adının (oğlana da qız adının) qoyulmasının cinayət olduğunu deyib: “Kişinin kişi, qadının da qadın adı var. Əgər qadına kişi adı qoyulubsa, bunun özü cinayətdir. Valideyn övladına bu adı təklif edər. Amma Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) orqanları atanın təklif etdiyi adı təsdiq edə bilməz. Bu qanun tərəfidir”.

N.Cəfərov qeyd edib ki, əgər VVAQ əməkdaşları belə hallara yol veribsə, mütləq cəzalandırılmalıdır.

Bundan başqa o, vurğulayıb ki, kişi adı qoyulan qadınlar və ya əks cinsinin adı verilən oğlanlar böyüyəndə onu dəyişə bilərlər.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Həqiqətən, Qiyamət günündə öz adınız və atalarınızın adı ilə çağırılacaqsınız. Bu baxımdan uşaqlarınıza gözəl adlar qoymağınız məsləhətdir”. (Əbu Davud, Ədəb, 61)

Rəvayət edilir ki, bir dəfə Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına bir qrup insan gəlir və onların arasında Əsram (xeyirdən məhrum olmuş mənasında) adlı bir nəfər olur. Allahın Elçisi ondan soruşur: “Sənin adın nədir?” O cavab verir: “Əsram”. O zaman Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona deyir: “Yox, indi sən Zurasan”. (Əbu Davud)

Digər xəbərlər