Milli Məclis təcili iclas çağırıb
Sentyabr 11
21:06
2015
761 dəfə baxılıb
Azərbaycanın Milli Məclisi (MM) növbədənkənar xüsusi plenar iclasını çağırıb.
“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
MM rəsmisi bildirib ki, iclas sentyabrın 14-də baş tutacaq.
“İclasın çağırılmasına səbəb ötən gün Avropa Parlamentinin iclasında Azərbaycanla bağlı qəbul olunmuş qətnamədir. Deputatlarımız bu məsələyə münasibət bildirəcəklər”.
Sələf Xəbər: İkinci xəlifə Ömər ibn Xəttab (Allah ondan razı olsun) demişdir: “Biz elə bir ümmətik ki, Allah bizi İslam ilə izzətləndirib. Əgər biz İslamdan qeyrisində (qərbdə, avropada) izzət axtarsaq, Allah bizi zəlil edər”. (Müstədrək Hakim)