Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin sayılması başa çatdı

Noyabr 02
16:55 2015

Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə 5547 məntəqənin hesabat verməsi və bülletenlərin sayılması prosesi yekunlaşıb.

“Sələf Xəbər” bildirir ki, APA-nın Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, daxil olan 5547 protokol üzrə 2 milyon 894 min 515 bülleten sayılıb.

Xatırladaq ki, Milli Məclisə seçkilərdə 5 milyon 198 min 658 seçicidən 2 milyon 894 min 515 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.

Sələf Xəbər: Uca Allah buyurur: “De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan, istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 26-cı ayə)

Digər xəbərlər