Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Milli Qəhrəmanımızın atası radikal qruplaşma üzvlərini təxribatçı əməllərdən çəkinməyə çağırıb

Noyabr 07
15:28 2015

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov bəzi radikal qruplaşa üzvlərinin oğlunun qəbrini ziyarət etmək bəhanəsi ilə qanunsuz hərəkətlər törətməyə cəhd etməsi ilə bağlı müraciət yayıb.

“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, daxil olan müraciətdə qeyd olunur: “Bildirmək istəyirəm ki, oğlum, Milli Qəhrəman Mübariz İbrahimovun Vətən uğrunda göstərdiyi igidlik və qəhrəmanlıq xalqımız və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilir və ailəmiz böyük diqqət və qayğı ilə əhatə olunub. Qədirbilən xalqımız və dövlətimiz bütün şəhidlərimizin, o cümlədən oğlum Mübarizin əziz xatirəsini həmişə uca tutur. Mən və ailə üzvlərim bu diqqət və qayğıya görə xalqımıza və hörmətli Prezidentimizə ürəkdən minnətdarıq.

Bütün bunları vurğulamaqda məqsədim odur ki, son günlər bəzi radikal qruplaşma üzvləri oğlum Mübariz İbrahimovun şəhidliyinin ildönümündən sui-istifadə edərək onun qəbrini ziyarət etmək bəhanəsi ilə qanunsuz hərəkətlər törətməyə cəhdlər edirlər. Onun əziz xatirəsini böyük qürurla qeyd etdiyimiz bir günü öz çirkin niyyətləri üçün istifadə etmək istəyirlər. Bu da bir ata kimi həm məni, həm də ailə üzvlərimi ciddi narahat edir və qəlbən incidir.

Özümün və ailəmin adından kütləvi informasiya vasitələri ilə belə şəxslərə bir daha müraciət edərək onları şəhid valideynlərini incidən təxribatçı əməllərdən çəkinməyə çağırıram”.

Digər xəbərlər