Misir rəsmilərinin Azərbaycana səfəri gözlənilir
700 dəfə baxılıb
Misirin güc strukturlarının geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 4-də Misir Ərəb Respublikasının Azərbaycadakı fövqəladə və səlahiyyətli səfiri xanım, Suzan Mohamed Gamil ilə görüşüb.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Azərbaycan ilə Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və genişləndiyini qeyd edib.
O, regiondakı hərbi-siyasi vəziyyətlə bağlı məlumat verərək Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Görüşdə, yaxın vaxtlarda Misir Ərəb Respublikasının güc strukturlarının geniş tərkibli nümayəndə heyətinin Azərbaycana gözlənilən səfəri, keçiriləcək danışıqlarda təhlükəsizlik və müdafiə sahəsində müzakirələrə dair tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.
Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!