Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

MN: ​Ermənilər yenə səhvən öz pilotsuz uçan aparatlarını vurdular

May 20
17:19 2016

Bu, son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci X-55 tipli PUA-dır.

Mayın 19-da saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan Silahlı Qüvvələrinə məxsus “X-55” tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

“Sələf Xəbər” bu barədə Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumata görə, PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.

Bu, son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci “X-55” tipli PUA-dır”, – deyə Müdafiə Nazirliyindən qeyd olunub.

Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın düşməndən tezliklə azad olunmasında xalqımıza kömək etməyini və cinayətkarları hər daim cəzalandırmağını diləyirik.

Digər xəbərlər