Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

MN-dən Ermənistana sərt cavab – “Hürən it günündədir…”

May 09
16:34 2016

“Vəziyyətdən bixəbər Levon Mnaçakanyan nə dediyini heç özü də anlamır”.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, Müdafiə Nazirliyi Mətbuat Xidmətindən bildirilib ki, “Ehtiyac olduğu halda Azərbaycan ərazisindəki strateji və hərbi obyektlərə, eləcə də aerodromlara zərbə vurmağa hazır” olmaları barədə cəfəng ideya ilə çıxış edən qondarma “Dağlıq Qarabağ respublikası”nın əldəqayırma “müdafiə naziri” Levon Mnaçakanyanın fikirlərinə şərh vermək belə yersizdir.

“Ona yalnız Azərbaycan xalqının atalar sözünü xatırlatmaq yerinə düşər. “İtdən soruşurlar ki, niyə hürürsən? Deyir qorxuzuram! Soruşurlar quyruğun niyə əsir? Deyir: özüm də qorxuram. Hazırda Ermənistandakı hərbi-siyasi rejimi idarə edənlər məhz elə itlərin günündədir”, – deyə Nazirliyin məlumatında bildirilir.

Sələf Xəbər: Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!

Digər xəbərlər