MN: Ermənilər informasiya təxribatı həyata keçirir
781 dəfə baxılıb
“Ermənilər Azərbaycan Ordusunun cəbhədə diversiya cəhdi barədə informasiyaları yaymaqla, ehtimal olunan təxribatlarına zəmin yaradırlar”.
Ermənistan tərəfinin Azərbaycan Ordusunun cəbhədə diversiya cəhdi və itkilər verməsi barədə yaydığı məlumatlar dezinformasiya xarakteri daşıyır.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Müdafiə Nazirliyi rəsmi şəkildə bəyan edib ki, erməni tərəfi bu tip informasiyaları dövriyyəyə buraxmaqla informasiya təxribatı həyata keçirirlər.
“Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir. Şəxsi heyət arasında itki yoxdur. Ermənilər bu kimi informasiyaları yaymaqla, ehtimal olunan, qarşıda həyata keçirmək istədikləri təxribatlar üçün zəmin yaradırlar. Bununla da, yeni informasiya təxribatı həyata keçirirlər”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Ermənistan mətbuatı dekabrın 25-i saat 01:30-da Azərbaycan Ordusu tərəfindən cəbhədə diversiya cəhdinin olduğu, görülən tədbirlər nəticəsində Azərbaycan tərəfinin itki verərək geri çəkilməyə məcbur edildiyi barədə məlumat yayıb.
Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)
“Haqq – Allahın Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdur. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta, cınqırını belə çıxara bilmir”. (Bax “Təfsir Əs-Saadi”)