MN: Ermənilərin təxribatları davam edərsə…
710 dəfə baxılıb
“Düşmənin təxribatları davam edərsə, görüləcək adekvat tədbirlər daha sərt və genişmiqyaslı olacaq, onun verəcəyi itkilər isə erməni xalqının növbəti faciəsinə çevriləcək”.
Son vaxtlar cəbhədə uğursuzluğa düçar olan və çoxsaylı itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri son sutka ərzində qoşunların təmas xəttində vəziyyəti daha da gərginləşdirmək məqsədilə 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini pozublar.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan tərəfi cavab tədbirləri məqsədilə düşmən səngərlərindəki hədəflərə və atəş nöqtələrinə daha üstün və iriçaplı silahlardan zərbələr endirib.
Müdafiə Nazirliyi bildirir ki, düşmənin təxribatları davam edərsə, görüləcək adekvat tədbirlər daha sərt və genişmiqyaslı olacaq, onun verəcəyi itkilər isə erməni xalqının növbəti faciəsinə çevriləcək.
Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən heç bir itki yoxdur: “Bütün cəbhə boyu əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)