Moskvaya bu tələblə gedirəm – ” Münaqişənin həllinin vaxtı çatıb…”
1. 259 dəfə baxılıb
Bu gün axşam Moskvaya yola düşürəm. Sabah həmsədrlərlə görüş olacaq.
Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə noyabrın 19-20-də Bakıda səfərdə olacaq.
“Müzakirə olunacaq məsələlər masa üstündədir. Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın. Hətta tələb edirik ki, konkret nəticələr olsun. Prezidentlərin görüşündə də qeyd edildi ki, danışıqlar intensiv xarakter alsın. Bu mövqe ilə Moskvaya gedirəm.
Münaqişənin həllinin vaxtı çatıb. Hamı bilir ki, danışıqlar nəticəli olmalı, məcburi köçkünlər geri qaytarılmalı və sülh bərpa edilməlidir. Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək”.