Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Mövlud Çavuşoğlu: Bu birliyin bölgədə hər kəsə faydası var

Fevral 26
17:40 2015

“Azərbaycanla birlikdə olmağımızın hədəfi heç kəsə zərər vermək deyil, bunun xeyirlərini hər kəslə paylaşmaqdır”.

“Biz bir millət, iki dövlət olaraq birlikdə davam etsək, öz problemlərimizin öhtəsindən gəldiyimiz kimi, digər problemlərin də öhtəsindən gələ bilərik”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan bölgədəki önəmli layihələrin mərkəzidir: “Biz qurduğumuz birliklə bölgədə sülh və əmin-amanlığı təmin etməyə çalışırıq. Bunu Türkmənistan, İran və Gürcüstanla üçtərəfli əməkdaşlıqla təmin etməyə çalışırıq. Londondan Pekinə qədər bir çox layihənin mərkəziyik. Biz bir gün qovuşacağımız günü gözlədik, 23 il əvvəl təkrar qovuşduq. Bunun qiymətini bilməliyik. Müstəqilliyimizi dəyərləndirməliyik. Türkiyə-Azərbaycan birliyində yolumuzu davam etdirəcəyik. Bizim birlikdə olmağımızın hədəfi heç kəsə zərər vermək deyil, bunun xeyirlərini hər kəslə paylaşmaqdır. Bu birliyin bölgədə hər kəsə faydası var”.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)

Digər xəbərlər