Mübariz Qurbanlı Xəzər rayonunda dini icmalar ilə görüşüb
1. 023 dəfə baxılıb
“Sələf Xəbər” bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) APA-ya verilən məlumata görə, komitə sədri Mübariz Qurbanlı Xəzər rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib.
Tədbirdə çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov bildirib ki, belə görüşlər dövlət-din arasında mövcud sıx münasibətlərin daha da inkişaf etməsinə xidmət edir.
DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov isə rayondakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib.
Daha sonra çıxış edən M.Qurbanlı bildirib ki, Azərbaycan unitar, hüquqi, demokratik və dünyəvi dövlətdir: “Ölkədə dünyəvilik konstitusiyada öz əksini tapıb və bununla yanaşı, “Dini etiqad azadlığı” haqqında qanun da qəbul edilib. Bu qanun da cəmiyyətimizdə fərdlərlə, dini icmalarla dövlət arasındakı münasibətləri nizamlayır. DQİDK-nin təsis olunmasının başlıca məqsədi dövlət-din münasibətləri, o cümlədən dini icmaların fəaliyyətini nizamlamaqdan ibarətdir. Burda bir incə məqam var. Dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. Hər bir dindar istər-istəməz dövlətlə təmasda olmaq məcburiyyətindədir. Hesab edirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir”.
Sələf Xəbər: Görkəmli İslam alimi, Həsən Əl-Basri (Allah ona rəhmət etsin) rəhbərlər barəsində bunları deyirdi: “Onların səbəbi ilə aşağıdakı beş şey baş verir: Cümə namazı, məscidlərdə camaat namazları, bayramların qeyd edilməsi, sərhədlərin düşmənlərdən müdafiəsi və cinayətkarlara qarşı cəza tədbirlərinin görülməsi. Allaha and olsun ki, yalnız rəhbər olduğu halda İslam düzgün etiqad edilə bilər. Hətta əgər onlar azğınlıq edir və ədalətsizliyə yol verir. Allaha and olsun, Allah elə edir ki, onlardan ziyandan daha çox xeyir gəlir. Və Allaha and olsun, onlara tabe olmaq xeyirdir, onlara qarşı itaətsizlik isə – küfrün əlamətlərindəndir.” (“Ədabul Həsən Əl-Basri”).