Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Müdafiə naziri yaralı hərbçilərə baş çəkib – FOTO

Avqust 09
13:44 2014

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün nazirlik başçısı, general-polkovnik Zakir Həsənov və rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Ziyarətin məqsədi ötən həftə ermənilərin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçulara baş çəkmək olub.

Müdafiə naziri hospitalın reanimasiya və ortopediya bölmələrində müalicə olunan hər bir döyüşçünün sağlamlıq durumu ilə maraqlanıb, onlarla söhbət edib, arzu və istəklərini dinləyib.

Z.Həsənova məlumat verilib ki, hazırda yaralılar intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur.
Özlərini yaxşı hiss etdiklərini söyləyən döyüşçülərimiz tezliklə tam sağalıb hərbi hissələrinə qayıdacaqlarını və düşmənə qarşı mübarizə aparmaq əzmində olduqlarını ifadə ediblər.

📷

zh-1

📷

zh-2

📷

zh-3

 Sələf Xəbər: Allah yaralı hərbiçilərimizə tezliklə şəfa versin! Amin!

Digər xəbərlər