Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Müdafiə Nazirliyi təsdiqlədi: “8 hərbi qulluqçumuz şəhid olub” – SİYAHI

Avqust 02
13:52 2014

Modern.az saytının xəbərinə görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı rəsmi məlumat yayıb.

Məlumatda deyilir: “İşğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər.

Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf edib, şiddətli döyüşlər nəticəsində
ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər.

Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!”.

Modern.az saytı şəhid hərbi qulluqçularımızın siyahısını təqdim edir:

1. İsə Almazov – Qazax rayonundan hərbi xidmətə çağırılıb
2. Əli Rəhimov – Masallı rayonundan hərbi xidmətə çağırılıb
3. Mustafa Əlicoşqunov – Xaçmaz rayonundan hərbi xidmətə çağırılıb
4. Səftər Məmmədov – Salyan rayonundan hərbi xidmətə çağırılıb
5. Elnur İbrahimov – Quba rayonundan hərbi çağırılıb
6. Vüqar Poladov – Tovuz rayonundan hərbi xidmətə çağırılıb
7. Hüseyn Abdinov – Sumqayıt şəhərindən hərbi xidmətə çağırılıb
8. Qaryağdı Əhmədov – Ağdam rayonundan hərbi xidmətə çağırılıb

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 200-cü ayə).

“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini edin” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhəd boyu növbə ilə keşik çəkin” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur. Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar.” (Bax “Təfsir Əs-Saadi”).

Uca Allahdan şəhidlərimizin ailələrinə səbir diləyirik. Allah yaralı hərbiçilərimizə tez bir zamanda şəfa versin! Amin!

Digər xəbərlər