Müharibə əlilləri və şəhid övladlarına məktəbli formaları verilib
928 dəfə baxılıb
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhərində yeni dərs ili ərəfəsində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və məktəb direktorları ilə görüş keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, AMEA-nın Gəncə Bölməsinin direktoru, akademik Fuad Əliyev, Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid Ailələri İctimai Birliyi Gəncə şəhər şöbəsinin sədri Almaz Aşurov, şəhər ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Naqif Həmzəyev açaraq bildirib ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hər zaman olduğu kimi 2014-2015 tədris ilinin başlanğıcında da Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə diqqət göstərib. Yeni dərs ili ərəfəsində 375 şagirdə Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə pulsuz məktəbli forması hədiyyə edilib.
“Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar.”Müqəddəs Quran, “Bəqərə” surəsi, 184-cü ayə