Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Münaqişə tərəfləri güzəştlərin axtarılmasının lehinədirlər”- Lavrov

May 17
16:53 2016

Rusiya XİN: “Razılığa gəlinib ki, iyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin etsin və Qarabağ probleminin nizamlanmasının son parametrləri üzrə işlər davam etdirilsin”.

“Vyanada Dağlıq Qarabağ üzrə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər”.

“Sələf Xəbər” Sputnik-ə istinadən məlumat verir ki, bunu görüşdə iştirak edən Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib.

“Tərəflər güzəştlərin axtarılmasının lehinədirlər və bu güzəştlərin ifadə edilməsinə kökləniblər. Biz isə, öz növbəmizdə, buna imkan yaradacağıq. Razılığa gəlinib ki, iyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin etsin və Qarabağ probleminin nizamlanmasının son parametrləri üzrə işlər davam etdirilsin. Güzəşt hər zaman mümkündür. Əgər belə bir imkan olmasaydı, Rusiya, ABŞ və Fransa bununla məşğul olmazdı.

Məqsədimiz münaqişənin tam olaraq nizamlanmasına doğru irəliləyərək işi sona çatdırmaqdır. Çox güman ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, bunu mərhələli şəkildə etmək lazım olacaq. Hər halda nizamlanmanın birinci mərhələsinin parametrlərini razılaşdırmaq imkanı var”, – deyə S.Lavrov bildirib.

Qeyd edək ki, dünən gecə saatlarında Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında ABŞ, Rusiya və Fransa XİN başçılarının iştirakı ilə görüş keçirilib.

Sələf Xəbər: Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!

Digər xəbərlər