“Müsəlman birliyi” hərəkatının təsisçisi həbs edildi
1. 480 dəfə baxılıb
“Müsəlman birliyi” hərəkatının təsisçisi Elxan İskəndərov həbs edildi.
Selefxeber.az “APA”-ya istinadən xəbər verir ki, bu barədə vəkil Yalçın İmanov bildirib.
Vəkilin sözlərinə görə, E.İskəndərov keçən gecə saxlanılıb. Onun hansı səbəbdən həbs edildiyi və harada saxlanıldığı məlum deyil.
Qeyd edək ki, “Müsəlman birliyi” hərəkatının sədri Tale Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Sələf Xəbər: Bu kədərli fakt inqilabların, ümumiyyətlə, xeyir gətirmədiyinin, bir qayda olaraq, qanın axıdılması və vətəndaşların rifahının dağıdılması şəklində anarxiya ilə nəticələnməsinin aşkar sübutudur.
Görkəmli İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyirdi: “İnsanlar İslama kömək etmək arzusu, və rəhbərlərinin zəlalətdə və ya küfrdə olması bəhanəsi altında öz hökumətinə qarşı çıxdığı vaxt, görürük ki, belə çıxışlar baş verdikdə, əksinə, vəziyyət pisləşir, bu insanların istədiyi gözləntilər baş vermir. Hər şey əvvəlkindən daha da pisləşir. Bu dediklərimizə çox da dəlil sübut axtarmağa ehtiyac yoxdur Sadəcə bu çevrilişlərin və inqilabların baş verdiyi bütün ölkələrə baxın. İndi orada camaat hər şeyin əvvəlki kimi olmasını arzu edir.” (Dinlə “Şərh Bululuğ al-Məram”).Bununla əlaqədar olaraq, İslam müsəlman-rəhbərə qarşı üsyan etməyi və müxalifətdə olmağı qəti surətdə qadağan edir, hətta əgər həmin rəhbər insanlara əzab verir və ədalətsiz hökm edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hökmdara qulaq as və tabe ol. Hətta əgər o sənin kürəyinə vuracaq və sənin əmlakını götürəcəksə belə, ona qulaq as və tabe ol.” (Muslim).