Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Müsəlman ölkələrinin deputatları Bağdada yığışır

Yanvar 22
19:44 2016

Toplantıda Qarabağın işğalı məsələsinə də baxılacaq.

Yanvarın 24-25-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 11-ci sessiyası keçiriləcək.

“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov tədbirdə iştirak etmək üçün İraqın paytaxtı Bağdad şəhərinə gedəcəklər.

Toplantıda terrorizm və ekstremizmlə mübarizə, Fələstində son hadisələr, Suriyada humanitar vəziyyət, Sudan, Somali, Mali və Çadda siyasi durum, miqrasiya və qaçqınlar problemi, Kiprdə, Hindistanın Cammu və Kəşmir ştatında, Myanmada vəziyyət, Krımda müsəlman tatarların durumu ilə bağlı mövzular ətrafında müzakirələr aparılacaq. Sessiyada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar məsələyə də baxılacaq.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər