Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Muzeyimiz Ginnesin Rekordlar kitabına düşdü

Yanvar 23
16:35 2015

İçərişəhərdə yerləşən Miniatür kitablar muzeyi ən çox miniatür kitabların toplandığı muzey kimi Ginnesin Rekordlar kitabına daxil edilib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, muzeyin 38 vitrinində dünyanın 66 ölkəsində nəşr edilən 5600-dən çox kitab nümayiş olunur.

Muzeyin yaradıcısı, əməkdar incəsənət xadimi Zərifə Salahova “SalamNyus”a bildirib ki, muzeydə Azərbaycan, rus və dünya ədəbiyyatı klassiklərinin əsərləri, elmi kitablar, incəsənətə, dinə dair nəşr nümunələri geniş şəkildə sərgilənir.

Zərifə Salahovanın sözlərinə görə, muzeyin Ginnesin Rekordlar kitabına daxil olması haqqında müraciət 2014-cü ilin birinci yarısında edilib. Müraciətə iki sərbəst şahidin ərizəsi, fotolar, videoyazılar və digər zəruri sənədlər də əlavə edilib.

Ötən gün Ginnesin Rekordlar kitabının menecerlər komandasından məlumat daxil olub. Məlumatda bildirilir ki, müraciət qəbul edilib və muzey – miniatür kitabların ən böyük kolleksiyasının toplandığı muzey kimi Ginnesin Rekordlar kitabına daxil olunub.

 Sələf Xəbər: Uca Allah buyurur: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi.” (Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930