Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Nardaranda xüsusi əməliyyat davam etdirilir

Dekabr 02
15:56 2015

“Bütün hallarda əməliyyata cəlb edilən şəxsi heyət qəflətən qarşıya çıxa biləcək tapşırıqların icrasına hazırdır”.

“Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat davam etdirilir”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə Daxili Qoşunların komandanı Şahin Məmmədov bildirib.

O, Nardaran qəsəbəsində ictimai asayişin, təhlükəsizliyin təmin olunması istiqamətində bütün tədbirlərin icra ediləcəyini deyib.

“Nardaran qəsəbəsində baş vermiş məlum hadisələrlə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Daxili İşlər Nazirinin müvafiq əmrinə əsasən, xüsusi əməliyyatın keçirilməsi üçün tədbirlər planı hazırlanıb və həmin tədbirlər planının icrasının təmin edilməsi məqsədilə polis orqanlarının, o cümlədən Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyat tədbirlərinin keçirilməsinə başlayıb. Xüsusi əməliyyat tədbirləri bu gün səhər saatlarında başlayıb və gün ərzində uğurla davam etdirilib. Xüsusi əməliyyat tədbirləri müvafiq göstərişin icrası tam təmin olunana qədər davam etdiriləcək. Nardaran qəsəbəsində ictimai asayişin, təhlükəsizliyin təmin olunması istiqamətində bütün tədbirlərin icrası təmin olunacaq”, – deyə Şahin Məmmədov qeyd edib.

Şahin Məmmədov bütün hallarda əməliyyata cəlb edilən şəxsi heyət qəflətən qarşıya çıxa biləcək tapşırıqların icrasına hazır olduğunu da vurğulayıb: “Qəsəbənin ərazisinə giriş-çıxış, buraxılış rejiminə vətəndaşlarımız tərəfindən də riayət olunur, o cümlədən müvafiq qurumların cəlb olunması ilə xüsusi əməliyyatların keçirilməsi davam etdirilir”.

Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)

Digər xəbərlər