Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Naxçıvanda növbəti qanvermə aksiyası

Avqust 16
16:47 2014

“Sələf Xəbər” AzərTAc-a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində könüllü qanvermə aksiyası keçirilib.

Aksiyada Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə donorlardan arterial təzyiqin yoxlanılması, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərlə bağlı qan analizləri götürülərək testdən keçirilib. Donorlardan götürülmüş 20,4 litr qanın qrupları müəyyənləşdirilib. Birli, ikili və üçlü torbalarda 13,8 litri Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin, 6,6 litri isə Naxçıvan MR Doğum Mərkəzinin qan banklarına təhvil verilib.

Qanvermə aksiyasının məqsədi qana ehtiyacı olan uşaqlara tibbi yardımın keyfiyyətinin artırılması, faktor preparatları ilə müalicənin təşkil edilməsi və digər tədbirlərin görülməsindən ibarət olub.

“Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar.”

(Müqəddəs Quran, “Bəqərə” surəsi, 184-cü ayə)

Digər xəbərlər