Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Nazirlik 22 700 nəfər vətəndaşı işlə təmin edib

Oktyabr 25
19:22 2014

“Sələf Xəbər”Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi saytına istinadən xəbər verir ki, Nazirliyin yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 22 700 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib. Bu dövrdə 1297 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.

DMX-nin Bakı, Naxçıvan, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən hesabat dövründə 3143 nəfərə müvəqqəti xarakterli iş yerlərinə göndəriş verilib. Qeyd edək ki, Əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli işlərlə təmin olunmasına köməklik göstərir.

Bununla əlaqədar əhalidən müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul olunur və müvəqqəti xarakterli işlər üçün müraciət edən vətəndaşlara təklif edilir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir.” (Müqəddəs Quran, “Ənkəbut” surəsi, 60-cı ayə).

“Xeyirxah və Uca Xaliq xəbər verir ki, O (Pak və Müqəddəs Olan) təklikdə bütün məxluqlarının ruzisi haqqında qayğı çəkir. Həm güclü olanlar, həm də aciz məxluqlar yalnız öz Rəbbinin qayğısı sayəsində ruzi tapırlar. Nə qədər heyvanlar da vardır ki, onlar nəinki gücdən, həm də ağıldan məhrumdur! Onlar özlərinə yem ehtiyatı tutmur, amma Mərhəmətli Allah yer üzündə onlara hər birinin qismətini aramsız olaraq əta edir.

Ey insanlar! Bununla yanaşı Allah sizin özünüzü də ruzi ilə təmin edir. Sizin hər biriniz Allahın himayəsi altındadır. O (Pak və Müqəddəs Olan) bütün varlıqları yaratmış, məxluqlarının talelərini yönəldir və onlara zəruri olan hər şeyi əta edir. O – Eşidəndir, Biləndir. Buna görə heç bir şey Onun xəbəri olmadan baş vermir və heç bir canlı məxluq, guya Allahın onun varlığını unuda biləcəyinə görə, acından ölə bilməz.” (Bax “Təfsir As-Saadi”).

Digər xəbərlər