Nazirlik ahılları pulsuz müayinə etdirdi
916 dəfə baxılıb
“Sələf Xəbər” “Bakupost”-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Gəncə mərkəzində dövlət himayəsində yaşayan ahıllar pulsuz tibbi müayinədən keçirilib.
Müayinənin əsas məqsədi mərkəzdə yaşayan insanlarda göz xəstəliklərinin olub-olmadığının müəyyənləşdirilməsi və müvafiq tibbi-profilaktik yardımın təşkil edilməsi olub. Gəncə şəhər səhiyyə idarəsinin həkimləri mərkəzin 104 sakininin ətraflı müayinə edib. Ayrı-ayrı şəxslərə yerindəcə tibbi yardım göstərilib. Bununla yanaşı, müayinə nəticəsində gözlərində xəstəliklər aşkar olunmuş iki nəfərin sistemli şəkildə müvafiq müalicə prosedurlarına cəlb olunması qərara alınıb.
Sələf Xəbər: Dövlətin ahıl insanlara göstərdiyi qayğı bizləri nə qədər sevindirsə də, zamanımızda ahıl insanların həyatlarının son illərini öz övladlarından, qohumlarından uzaqda yaşamaqları faktı bizdə təəssüf hissi oyadır. Axı bir vaxtlar, cavan və sağlam olduqlarında bu insanlar övlad sahibi olmuş, qohumluq münasibətlərini saxlamış, kiminsə qayğısına qalmış, kiməsə yardım etmişdir. İndi isə, qoca yaşında, özlərinin qayğıya və sevgiyə möhtac olduqları bir vaxtda onlar dövlətə sığınıb.
İslam dininin hökmlərində bu mövzuya böyük yer verilib.
Uca Allah buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.” (Müqəddəs Quran, “İsra” surəsi, 23-24-cü ayələr)
“Uca Allah Ona şərik qoşmağı qadağan etdikdən və təkcə Ona ibadət etmək əmri verdikdən sonra, O, bunu dini hökm formasında bəyan edir. Bu hökmə uyğun olaraq həm yerdə, həm də göylərdə elə bir canlı və ya cansız məxluq yoxdur ki, ibadətə və ilahlaşdırılmağa layiq olsun. Buna layiq olan təkcə Allahdır – Vahid Rəbb, Öz məxluqlarına ehtiyacı Olmayan. Amma onlar Ona möhtacdırlar. O, qüsursuz formada olan və məxluqların keyfiyyətlərinə bənzəməyən ən kamil sifətlərə malikdir. O, qullarına gözlə görünən və görünməyən nemətlər bəxş edir. O, xəlq edir, ruzi nazil edir və istənilən işi gerçəkləşdirir. O, Kainatda gedən bütün prosesləri idarə edir və heç kim Onunla bu hakimiyyəti bölüşdürmür. Qullarının Allah qarşısında vəzifələrini xatırladaraq, Uca Allah, insanın öz valideynləri qarşısında vəzifələrindən xəbər verir. O, əmr edir ki, valideynlərə yaxşı münasibət bəslənilsin və onlara istənilən formada həm sözdə, həm də əməldə xeyirxahlıqlar göstərilsin. Bu onunla izah olunur ki, məhz valideynlər insanın dünyaya gəlməsinin səbəbi olmuşlar. Onların öz övladına bəslə-dikləri məhəbbət, ona göstərdikləri xeyirxah münasibət və yaxın qohumluq insanı onların qarşısında öz vəzifələrini daha yüksək dərəcədə və qüsursuz yerinə yetirməyə və onlara ancaq yaxşılıq göstərməyə vadar edir.
Valideynlərdən biri və ya hər ikisi ahıl yaşına çatdıqda onlar zəifləməyə başlayır, yaxşı və mehriban münasibətə möhtac olurlar ki, bunu insanlar çox yaxşı bilirlər və buna görə insanın onlara hətta “uf!” deməyə (Yəni, “Ah! – bezdim bunlardan” deməyə haqqı belə yoxdur – tərcüməçi) belə haqqı yoxdur. Bu – ən sadə bir sözdür ki, onun vasitəsi ilə bir adam başqasının ürəyini sındıra bilər. Bu söz bu ayədə ona görə işlədilmişdir ki, insanların diqqətini insanların diqqətini bundan daha çox inciklik yaradan və kobud sözlərdən uzaq olmağa yönəltsinlər. Bu onu bildirir ki, insanın öz valideynlərini hətta ən ziyansız sözlərlə belə incitməyə haqqı yoxdur. Onun həmçinin onların üstünə qışqırmaq və onlara kobud söz söyləmək haqqı yoxdur. Əksinə, o, onlara xoşlarına gələn sözlər deməli, onlarla nəzakətli və mehriban olmalı və ehtiramla dolanmalıdır. Onun nitqi valideynlərinə sevinc və məmnunluq bəxş etməlidir və bunlar şəraitdən, vəziyyətdən və vaxtdan asılı olmalıdır.” (Bax “Təfsir Əs-Saadi”).
Muaz ibn Ənəs rəvayət etdiyi bir hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim valideynlərinin qayğısına qalsa, ona xoş güzəran nəsib olar, qüdrətli və əzəmətli Allah onun ömrünü uzadar”.(Ədəbul-Mufrad)