Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Nazirlik məişət cihaz və avadanlıqları alanlara xəbərdarlıq etdi

Avqust 02
17:25 2017

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar (məişət cihaz və avadanlıqları, rabitə vasitələri, avtomobil, alət və s.) alarkən istehlakçılara diqqətli olmağı tövsiyə edib.

Nazirlikdən verilən məlumata görə, istehlakçı bu növ malları alarkən satıcıdan müqavilə, ödənişi təsdiq edən nəzarət-kassa aparıtının çeki və malın zəmanət talonunu tələb etməlidir.

Eyni zamanda, alınan malların komplektliyinə, keyfiyyətinə, mal və istehsalçı haqqında məlumatın, mal haqqında qısa annotasiyanın mövcudluğuna diqqət edilməlidir.

Nəzərə almaq lazımdır ki, istehlakçının aldığı bu cür mallarda yaranan qüsurların aradan qaldırılması ilə bağlı tələbə ödənişi təsdiq edən nəzarət-kassa aparatının çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən sənəd təqdim edildikdə baxılır.

İstehlakçılardan uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar aldıqda qeyd olunan tələblərə əməl olunmaması halları ilə rastlaşdıqda “195-2” Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və “Facebook” səhifəsi vasitəsilə İqtisadiyyat Nazirliyinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla və www.consumer.gov.az internet saytı vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.

Digər xəbərlər