Nazirlik şagirdlərə telefon işlətməyi qadağan etdi
Sentyabr 10
16:17
2014
837 dəfə baxılıb
“Sələf Xəbər” AzVision.az-ın əldə etdiyi məlumata əsasən bildirir ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərin məktəblərdə mobil telefon işlətməsinin qadağan edilməsi barədə orta məktəb direktorlarına, rayon təhsil şöbələrinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, bundan öncə Bakı şəhərində 30-dan çox məktəbdə bu qadağa tətbiq edilmişdi. Digər rayon və şəhərlərdə şagirdlərin mobil telefon işlətməsinə hər hansı məhdudiyyət yox idi.
Cari ilindən isə orta məktəb direktorlarına tədris prosesinə mənfi təsir edən kənar amillərin yığışdırılması, şagirdlərin mobil telefonlardan istifadə etməsinin qarşısının alınması tapşırılıb.
Belə bir qərarın verilməsi mobil telefonun tədris prosesinə mənfi təsir göstərməsi zərurətindən yaranıb.