Neftçilər Xəstəxanasında daha bir unikal əməliyyat
986 dəfə baxılıb
Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya verilən xəbərə görə, MNX-da Cənubi Qafqazda ilk dəfə unikal cərrahiyə əməliyyatı həyata keçirilib.
Əməliyyat illər boyu tiroidin onurğa beynini və ağciyəri kompressiya edən giqant metastazdan (30 sm-dən böyük) əziyyət çəkən 1957-ci təvəllüdlü Hacıyev Safalat Əmir Soltan oğlu üzərində aparılıb.
Neyrocərrah Elşən Ağabalayev, torakal cərrah Elmar Məmmədov və həkim-otorinolarinqoloq Araz Əliyev tərəfindən aparılan əməliyyat 15 saatdan çox çəkib. Əməliyyatın mürəkkəbliyi ondan ibarətdir ki, xəstə üzərində ardıcıl olaraq bir neçə əməliyyat keçirilib: tiroid vəzisi götürülüb, 8-ci döş fəqərəsi total (spondilektomiya), 7-ci döş fəqərəsi yarımçıq (oblik korpektomiya), həmçinin 4 qabırğa çıxarılıb, daha sonra onurğa sütunun və döş qəfəsinin rekonstruksiyası aparılıb.
Həkimlərin sözlərinə görə, hazırda xəstənin vəziyyəti stabildir və 1 həftədən sonra evə buraxılacaq.
“Ey Allahın qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib” (İbn Macə).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)