Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Nikah bağlayanlar nəyi bilməlidirlər

Yanvar 02
19:24 2015

Bu gündən başlayaraq, Azərbaycanda nikah bağlamaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına ərizə ilə yanaşı, tibbi müayinədən keçilməsini təsdiqləyən arayış da təqdim etməlidirlər.

“Sələf Xəbər”-in Trend-ə itinadən məlumatına görə, Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək. Yalnız bu müayinələrdən sonra onlara arayış təqdim ediləcək. Həmin arayış vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarına təqdim edilir. Müayinənin nəticələri həkim sirridir.

Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması təklifi ilə məhkəməyə müraciət edə bilər.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır.” (Qurani-Kərim, “Rum” surəsi, 21-ci ayə)

Digər xəbərlər