Novruz Məmmədov: “Aralıq dənizi-arada ölənlər dənizi”
760 dəfə baxılıb
“Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır”.
“Aralıq dənizi artıq bir böyük qəbristanlığa çevrilib. Bu dənizə “Arada ölənlər dənizi” adı vermək daha məntiqli olar. Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır”.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bunu “twitter” səhifəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yazıb.
PA rəsmisi bildirib ki, müstəmləkə sistemi dağılan vaxtlar Avropa ölkələri Afrika və asiyalılara qapıları açmışdılar: “Bu da geosiyasi məhəbbətin göstəricisi idi”.
N.Məmmədov deyib ki, insan haqlarına bu qədər “qayğı” göstərən bəzi Avropa dövlətləri Aralıq dənizində “euronews” göstərərək 2-3 dəqiqə, sanki “nə istəyirsiniz düşünün” deyir.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın dərgahına qaytarılacağınız gündən qorxun!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 281-ci ayə)