Novruz Məmmədov: “Avropa İslam dininə borcludur”
Sentyabr 22
15:29
2015
689 dəfə baxılıb
PA rəsmisi tvit yazdı.
İslam dininin yaranması və o dövrdən keçən bir neçə yüz ili əhatə edən hadisələri öyrəndikdən sonra qərara gəldim ki, Avropa öz Renessansı üçün İslam dininə və bir – neçə yüz il onun sayəsində bütün sahələrdə qazanılan nailiyyətlərə borcludur.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
“Təəssüf ki, Avropada bu həqiqətlə bağlı susmağa üstünlük verirlər”, – o qeyd edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Qurani-Kərim, “Maidə” surəsi, 3-cü ayə)