Novruz Məmmədov: “…çünki Ermənistan müsəlman ölkəsi deyil”
731 dəfə baxılıb
“İrəvanda baş verənlərin 1/10 Bakıda olsaydı, bizim “qayğımızı çəkənlər” bir ay susmazdılar.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.
N.Məmmədov qeyd edib ki, amma indi “CNN”, “BBC”, “Guardian”, “Independent”, “Amnesty International”, “HRW”, “Freedom House” və digərləri görün necə susurlar: “İkili standartın göstəricisi budur. Çünki Ermənistan müsəlman ölkəsi deyil”.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)