Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Novruz Məmmədov: “Ermənistan Dağlıq Qarabağı öz gücünə saxlamır”

Dekabr 12
18:30 2015

“Ermənistan çökməkdədir və arxalandığı divarlar da çürüyə-çürüyə gedir”.

“Görün, müsəlman dövlətlərinin başına hansı hadisələr gəlir?.. Ona görə də 2015-ci ili Dağlıq Qarabağ münaqişəsi üçün itirilmiş saymaq olmaz”.

“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Ermənistan çökməkdədir və arxalandığı divarlar da çürüyə-çürüyə gedir: “Ermənistan Dağlıq Qarabağı öz gücünə saxlamır ki. İmkan olsa, 3 aya bu məsələyə nöqtə qoymaq olar”.

N. Məmmədov qeyd edib ki, Azərbaycanın yerləşdiyi bölgə Balkanlardan sonra ən həssas regiondur: “Gələcəkdə də ən həssas regionlardan biri Orta Asiya olacaq. Azərbaycanın maraqlarını qorumaq qeyri-adi bacarıq və qüdrətə malik olan siyasi xadimin işidir. Bunu Heydər Əliyev bacarıb və bu siyasət prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanı bir çox dövlətlərin başçılarının qısqandığını eşitmişəm. Hətta İsveçrə nümayəndələrindən eşitmişəm ki, Azərbaycan belə getsə, İsveçrəni ötəcək. Qarabağ da bizimdir və bizim olacaq”.

Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın geri alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər