Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Novruz Məmmədov: Ermənistan rəhbərliyi çaş-baş qalıb

May 02
17:53 2016

“Ermənistan tərəfi və Ermənistan rəhbərləri nə edəcəkləri barədə bir qərara gələ bilmirlər. Hazırki vəziyyətdən çıxış yollarını tapmaqda çətinlik çəkirlər. Ermənilər gah nala vurur gah da mıxa. Biri bir söz deyir, digəri onun əksinə olan başqa bir söz deyir. Bu sadəcə mövcud vəziyyətdə çaş-baş qalmaq deməkdir”.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bunu açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Prezident Administrasiya rəhbərinin müavini Novruz Məmmədov vurğulayıb: “Azərbaycanın səbri tükənə bilər. Bunu bütün ölkələr görür, nəzərə alır və almalıdırlar”.

Norvruz Məmmədov, həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan təmas xəttində vəziyyətin gərginləşməsi ölkəmizin nüfuzuna təsir etməyib: “Azərbaycana investisiya qoymaq, Azərbaycanla əməkdaşlıq etmək arzusu çoxalıb”.

Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)

Digər xəbərlər