Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Novruz Məmmədov: “ İlham Əliyevin Türkiyəyə səfəri tarixi səfərdir”

Mart 17
16:39 2016

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri tarixi səfərdir”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N. Məmmədov deyib ki, bu səfər iki dövlət, iki xalq arasında dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın hansı möhkəm təməllərin üzərində qurulduğunun daha bir nümunəsidir: “Səfər zamanı aparılan danışıqlar, keçirilən görüşlər, imzalanan sənədlər, bu səfərin yekunu nümayiş etdirdi ki, bu iki dövlət, bu iki xalq Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlətdir. Çıxışlar və imzalanan sənədlər göstərdi ki, bu dövlətlər, bu xalqlar dünyada baş verən bütün proseslərdə, həm çətin, həm uğurlu məqamlarda həmişə bir yerdədir, bir yerdə olacaq. Türkiyə mətbuatı da bu səfərə məhz belə yanaşdı”.

N. Məmmədov qeyd edib ki, prezidentlərin çıxışları ölkələr arasında münasibətlərin mahiyyətini ortaya qoydu: “Bu, bizim tariximiz, dövlətlərimiz və gələcəyimiz üçün çox möhkəm bir təməldir və bu təməlin də üzərində biz münasibətlərimizi davam etdirməliyik”.

Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də qardaşdırlar”. (Qurani-Kərim, “Hucurat” surəsi, 10-cu ayə)
Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər”. (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

Digər xəbərlər