Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Obama: “Azərbaycan çox mühüm tərəfdaşdır”

Aprel 02
16:10 2016

Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında çox mühüm tərəfdaşdır.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bunu ABŞ Prezidenti Barak Obama IV Nüvə Təhlükəsizliyi sammitindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesdə iştirak etmiş bir çox ölkələr kimi ümumi təhlükənin qarşısının alınması üçün artıq bir sıra addımlar atıb.

B.Obama bildirib: “Elə ölkələr də var ki, onlar nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit nöqtələri ola bilərlər və onlar sərhəd məntəqələrin nəzarəti sahəsində bizimlə birgə işləyiblər. Azərbaycan öz yerləşmə mövqeyinə görə bu prosesdə mühüm tərəfdaşdır”.

Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)

Qorxu halında olan insanlar yemək-içməyin ləzzətini hiss etmirlər. Qorxu səbəbi ilə ərzağın bir ölkədən o biri ölkəyə daşındığı yollar bağlanır, odur ki, Uca Allah da yollarda qarət və soyğunçuluğa görə şiddətli cəza müəyyən etmişdir. Bilmək lazımdır ki, İslam din, həyat, ağıl, namusun qorunub saxlanılması üçün gəlmişdir. Bunlardan hər hansı birinə qəsd edən kəs, bunun müsəlmana və ya qeyri-müsəlmana qarşı etməsindən asılı olmayaraq, şiddətli cəza görür. İslam qaydalarına müvafiq olaraq, müsəlmana qarşı münasibətdə qadağan olunmuş hərəkətlər, müsəlmanlarla müqaviləsi olan qeyri-müsəlmana qarşı da qadağandır. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hər kim (müsəlmanlarla müqavilə altında olan) bir qeyri-müsəlmanı öldürərsə, o kəs cənnətin iyini hiss etməyəcəkdir”.

Təhlükəsizliyi pozanlara gəldikdə isə, bunlar ya xəvariclər, ya yollardakı quldurlar və ya da qiyamçılardır. İslama uyğun olaraq, bu üç qrupun hamısına qarşı şiddətli tədbirlər görülməlidir”. (Bax: “Fataua əş-şariyyə fi qadayyə əl-asriyyə”, 125)

Digər xəbərlər