Obama İlham Əliyevi ABŞ-a dəvət edib
Yanvar 07
17:43
2016
948 dəfə baxılıb
Bu il Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyev bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunub.
“Sələf Xəbər” XəzərXəbərə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.
N.Məmmədov qeyd edib ki, ABŞ Prezidenti Barak Obama dəvəti Prezident İlham Əliyevə 3 dekabr 2015-ci ildə ünvanladığı məktubda edib.
“Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir”, – Obama məktubda vurğulayıb.
Xatırladaq ki, sammit yazda keçiriləcək.