Ölkə əhalisi bayram günlərində poçt xidmətlərindən istifadə edə biləcək
İyul 28
16:53
2014
953 dəfə baxılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) xəbər verir ki, “Azərpoçt” MMC-nin bütün şöbələri Ramazan Bayramı günlərində işləyəcək.
“Azərpoçt” əhalinin poçt xidmətlərinə tələbatını daha çevik ödəmək üçün bayram günlərində, iyulun 28-29-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
MMC-nin bütün Bakı və bölgə şöbələri səhər saat 09:00-dan 18:00-dək növbəli iş rejimində müştərilərə xidmət göstərəcək.