Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Ölkədə polisdən və müalicədən qaçan narkomanların sayı az deyil”

İyul 05
10:01 2014

Emil Maqalov: “Cavanlar özlərini ifadə etmək, göstərmək, öz aləmlərində “bərk gedən” oğlan və romantik görsənmək üçün narkotik vasitələrə qurşanırlar”

azadxeber.net saytının verdiyi xəbərə görə, Azərbaycanda 27 min narkoman var. Bu statistikanı Respublika Narkoloji Dispanserin şöbə müdiri, həkim-narkoloq Afət Məmmədov verir. Onun sözlərinə görə, ümumi yaş qrupu 18-45 olan narkotik istifadəçilərinin 97 faizini kişilər, 3 faizini isə qadınlar təşkil edir.

Ölkədə narkomaniya problemi ilə bağlı AzadXeber.net-ə açıqlama verən Gənclər Təhsil Mərkəzi QHT-nin həyata keçirdiyi narkotik zərərinin azaldılması proqramının əlaqələndiricisi Emil Maqalov bildirdi ki, ötən illərlə müqayisədə ölkədə narkomaniyanın səviyyəsi artıb.

O, hüquq mühafizə orqanlarının narkomaniya ilə mübarizə aparmasına baxmayaraq, ictimaiyyətin bu işdə onlara kömək etmədiyini deyib. “Narkomanlar yüzlərlədir, polis isə təkdir. Təbii ki, polis bu işin öhdəsindən gələ bilməz”, – o, əlavə edib.

İnsanların narkomaniyaya meyllənmə səbəblərindən də danışan E. Maqalov bunları qeyd edib: “Cavanlar özlərini ifadə etmək, göstərmək, öz aləmlərində “bərk gedən” oğlan və romantik görsənmək üçün narkotik vasitələrə qurşanırlar. Narkomanların sayının müəyyənləşdirilməsi isə, həbs edilən və müalicə alan şəxslərin sayına uyğun hesablanır. Lakin müalicə üçün müraciət etməyən və polisdən gizlənməyi bacaran da narkomanların sayı az deyil”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Şərab da (sərxoşedicilər də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Müqəddəs Quran, “Maidə” surəsi, 90-cı ayə).

Sərxoşedici – ağlı sərxoş edən və örtən, yemək, içmək, narkotiklər kimi qoxu və iynə yolu ilə qəbul edilən hər bir maddədir.

İslam – müdriklik və ədalət dinidir, və insana yalnız xeyir verən şeyləri əmr edir, və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.

Eyni zamanda narkotik asılılıq əmələ gətirdiyinə görə insan onu almaq üçün malını israf edir, hətta o yerə çatır ki, narkotik əldə etmək üçün insan hər yola (aldatma, oğurluq, qətl) əl atır.

Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), “öz əllərinizlə özünüzü təhlükəyə atmayın.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 5-ci ayə).

Digər xəbərlər